Samuxda şadlıq sarayında nöqsanlar aşkarlanıb
AzerTAg.az

Bakı, 17 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Rəhimov Səyavuş Qoşqar oğluna məxsus “Minbir gecə” şadlıq sarayında yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə riayət olunmadığı, istehlakçılara təqdim edilən müxtəlif növ qida məhsullarının üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
Xəbərin mətnində orfoqrafik səhv var