REGİONLAR


Samuxda son üç ildə arı ailələrinin sayı 4 dəfədən çox artıb

Samux, 8 fevral, Rauf Hacıyev, AZƏRTAC

Arıçılıq Samux rayonunda ənənəvi peşə sahələrindəndir. Hazırda rayonda 2074 arı ailəsi mövcuddur. Bunun 2015-i və ya 97,2 faizi əhali təsərrüfatlarında saxlanılır.

Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son 3 ildə arı ailələrinin sayında 1650 artım qeydə alınıb.

Bu artımın səbəbi “Arıçılığın inkişafına dəstək layihəsi” əsasında əhali təsərrüfatlarına arı ailələrinin verilməsi və 2018-ci ildən arıçılığın inkişaf etdirilməsi məqsədilə subsidiyaların ayrılmasıdır.

Qeyd edilib ki, iqlim şəraitinə və zəngin florasına görə Samux rayonunda arıçılığın inkişafı üçün əlverişli şərait var. Arıçılığın xərci az, gəliri isə çoxdur. Ona görə də arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.