REGİONLAR


Samuxda taxıl biçininə başlanılıb

Gəncə, 8 iyun, Elcan Məmmədov, AZƏRTAC

Samux rayonunda 2022-ci ilin məhsulu üçün biçiləcək taxıl sahəsi 10997,7 hektardır. Bunun 6098,0 hektarı buğda, 4899,7 hektarı isə arpadır.

Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, taxıl sahələrinin 5788,0 hektarı əhali təsərrüfatlarının, 460,5 hektarı dövlət müəssisələrinin, 4749,2 hektarı isə qeyri-dövlət müəssisələrinin payına düşür. Rayonda artıq taxıl biçininə başlanılıb.

İyunun 7-dək 188 hektar arpa sahəsi biçilib və həmin sahələrdən 900 ton məhsul əldə edilib. Məhsuldarlıq hər hektardan 47,9 sentner olub. Bu il tarlalardan yüksəkkeyfiyyətli və yüksəl məhsuldarlıqlı taxıl məhsulları gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.