CƏMİYYƏT


Samuxda toy məclislərinin keçirilməsi qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar

Bakı, 1 avqust, AZƏRTAC

Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sərkar, Alıuşağı, Burunqovaq və Salahlı kəndlərində karantin rejimi qaydalarının pozularaq toy məclislərinin keçirildiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı hər dörd ünvanda təşkil olunan toy mərasimlərində 50-dən artıq qonağın iştirak etdiyi müəyyənləşdirilib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin rejimi qaydalarını xatırladıb və mərasimin təşkilatçıları barədə inzibati protokol tərtib ediblər.

Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmaması da yoxlanılıb. Araşdırmalar zamanı 40 nəfər COVID-19 pasportu olmadığına görə şadlıq saraylarına buraxılmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.