REGİONLAR


Samuxda üzüm bağları 1055 hektara çatdırılıb

Samux, 25 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Samuxda üzüm bağları 15 hektar genişləndirilərək 1055 hektara çatdırılıb. Genişləndirilmiş ərazidə artıq şumlama işi başa çatıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yazda həmin əraziyə Fransa və Gürcüstandan gətiriləcək texniki üzüm sortları əkiləcək.

Eyni zamanda, mövcud 1040 hektar üzüm bağında aqrotexniki işlərə başlanılıb və 920 hektarda tənəklərin budanması yekunlaşıb. 810 hektarda suvarma işləri görülüb, əraziyə üzvi və mineral gübrələr verilib. Bütün işlərin mart ayına kimi başa çatdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.