CƏMİYYƏT
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Bakı, 1 may, AZƏRTAC
Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıblar.
Mərasimi təşkil edilən şəxslər rayon polis şöbəsinə gətirilib.
Rayon polis şöbəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.