REGİONLAR


Samuxdakı ağacəkmə aksiyasında yol kənarına 15 min ədəd ağac və gül kolu əkilib

Samux, 11 may, Rauf Hacıyev, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Samux rayonunda ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun əsas magistral və avtomobil yollarının kənarlarına yerli iqlim şəraitinə uyğun olan 5 min ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağacı, 10 min ədəd dekorativ gül kolu əkilib.

Aksiyada rayon rəhbərliyi, idarə, təşkilat və müəssisələrin işçiləri, gənclər, məktəblilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.