DÜNYA


San-Fransiskoda tikinti meydançasında partlayış baş verib

Vaşinqton, 7 fevral, AZƏRTAC

Fevralın 6-da San-Fransisko şəhərində qaz kəmərində güclü partlayış baş verib. Alov ətraf binalara yayılıb. “Hong Kong Lounge II” Çin yeməkləri restoranı ilk alışan binalardan biri olub. Əvvəlcə polis bildirib ki, restoranda işləyən 5 nəfər itkin düşüb. Lakin sonra aydın olub ki, onlar vaxtında binanı tərk ediblər. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Yanğından mühafizə xidmətinin rəisi Coan Heys-Uayt hadisənin səbəblərinə həsr olunmuş mətbuat konfransında bildirib ki, tikintidə lifli-optik kabellər quraşdıran əməkçilər təsadüfən qaz kəmərini kəsiblər. Bu da güclü partlayışa və sürəkli alov püskürməsinə gətirib çıxarıb. “Pacific Gas & Electric” qaz şirkətinin komandası hadisə yerinə gəlib. Partlayışın əhatə zonasında yerləşən xəstəxanadakı, yaşayış və ofis binalarındakı insanlar, habelə Ruzvelt adına orta məktəbin müəllim və şagirdləri dərhal təxliyə olunub.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşqinton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.