CƏMİYYƏT


San-Pauluda Ermənistana qarşı etiraz aksiyası keçirilib VİDEO

Bakı, 10 iyun, AZƏRTAC

Braziliyanın San-Paulu şəhərində yaşayan ictimai fəal Andreia Hirominin təşəbbüsü ilə Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi Ermənistanın mina xəritələrini Azərbaycan dövlətinə təhvil verməkdən imtina etməsinə, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti çəkmək olub.

Azərbaycan və Braziliyanın dövlət bayraqları ilə aksiyaya qatılan bir qrup San-Paulu sakini azərbaycanlı jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. A.Hiromi bildirib ki, mina xəritələrini təqdim etməsi barədə Azərbaycanın israrlı tələblərinə Ermənistan məhəl qoymur. Aksiya iştirakçıları braziliyalıların Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini bəyan ediblər.

Eyni zamanda A.Hiromi və ictimai fəalın tərəfdarları Ermənistanın yolverilməz davranışına etirazı əks etdirən posterləri San-Paulu şəhərinin ictimai yerlərində, o cümlədən Ermənistan konsulluğu qarşısında yerləşdirilməsi kampaniyasını gerçəkləşdiriblər. Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.