İDMAN
Sander Skotheim: Stadiondakı ab-hava məndə xoş ovqat yaradır
Bakı, 24 iyul, Məmməd Məmmədli, AZƏRTAC
Yarış barəsində təəssüratlarım zəngindir. Burada yarışmaq mənim çox xoşuma gəldi. Stadiondakı ab-hava məndə xoş ovqat yaradır.
Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının çoxnövçülük üzrə birinci yer qızıl mükafatçısı, norveçli Sander Skotheim AZƏRTAC-a müsahibəsində deyib.
“Qələbəmi yəqin ki, süfrə arxasında qeyd edəcəyəm və çoxlu dincələcəyəm. Öz vətənimə qayıdandan sonra isə sevincimi valideynlərimlə, dostlarımla bölüşəcəyəm. Yarışmaya fokuslandığım üçün Bakını hələ gəzə bilməmişəm. Ancaq yarış bitdikdən sonra şəhərin görməli yerlərini ziyarət edəcəyəm. Onu da qeyd edim ki, Bakının möhtəşəm binaları var. Təşkilatçılıq barəsində onu deyə bilərəm ki, hər şey çox gözəldir və mən burada olduğum üçün çox şanslıyam”.
Qeyd edək ki, atletika yarışları iyulun 27-nə kimi davam edəcək.