İQTİSADİYYAT


Sanitar və fitosanitar nəzarətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Dövlət Gömrük Komitəsində “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə hazırlanmaqda olan yeni Sanitariya və Fitosanitariya (SFS) qanunvericiliyi, milli səviyyədə SFS tədbirləri, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzdində yaradılacaq Milli Bildiriş və Sorğu Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb.

SFS Sorğu Mərkəzi üzrə beynəlxalq ekspert Colm Halloran layihə və onun əhəmiyyəti barədə məlumat verərək bildirib ki, aidiyyəti dövlət qurumları ilə yanaşı, xarici ticarət iştirakçılarının da bu sahədəki müvafiq qanunvericiliyi və qaydaları mənimsəmələri gömrük prosedurlarının sürətli həyata keçirilməsinə şərait yaradacaq. Eyni zamanda, vurğulanıb ki, layihə Azərbaycanın ticarət tərəfdaşları ilə məlumat mübadiləsinin gücləndirilməsində də müsbət rol oynayacaq.

Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Rauf Məmmədov fitosanitar nəzarəti, sanitariya, baytarlıq haqqında qanunlar çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, 2009-cu ildən fitosanitar, baytar nəzarəti, sanitar və qida təhlükəsizliyi baxımından müasir prinsiplər əsasında dövlət sərhəd-buraxılış məntəqələrində yeni mexanizmlərin icrasına başlanılıb.

Daha sonra Sanitar və Fitosanitar Sorğu və Bildiriş Mərkəzinin daha səmərəli fəaliyyəti üçün Dövlət Gömrük Komitəsinin rolu ilə bağlı müzakirələr aparılıb, ekspertlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.