REGİONLAR


Sanki bir nağıldır... Qaranohur gölünün payız görüntüləri FOTOLENT VİDEO

İsmayıllı, 18 noyabr, AZƏRTAC

İsmayıllı rayonu ərazisindəki Qaranohur gölü son illər ekoturizm həvəskarlarının ən sevimli səyahət məkanlarından birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, göl İsmayıllı şəhərindən şimal-şərq istiqamətdə 8 kilometr məsafədə yerləşir. Qaranohur dəniz səviyyəsindən 1520 metr hündürlükdədir.

Təbii gözəlliyi ilə seçilən göl böyük turizm potensialına malikdir və getdikcə daha çox turisti özünə cəlb edir. Gölə turistlər üçün piyada gəzintilər də təşkil edilir. Bu gəzinti Talıstan kəndindən başlamaqla gözəl mənzərəli yerlərdən keçərək, piyada 2-3 saat davam edir.

AZƏRTAC azərbaycanlı fotoqraf Lyokinin Qaranohur gölündə çəkdiyi gözoxşayan payız mənzərələrini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.