SİYASƏT


Sankt-Peterburda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Sankt-Peterburq, 28 may, AZƏRTAC

Sankt-Peterburda 28 may - Azərbaycanın Müstəqillik Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü günündə Azərbaycan Respublikasının Sankt-Peterburdakı baş konsulu Sultan Qasımov, konsulluğun diplomatları, Rusiya Federasiyasının şimal paytaxtının ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri Qoroxovaya küçəsi, 6 ünvanında görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin yanında toplaşıblar.

Xatırladaq ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin həmin binada yerləşən ali məktəbində təhsil alıb.

Tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyevin və Şərqdə ilk demokratik respublikanı quranların xatirəsini ehtiramla yad edib, xatirə lövhəsinin önünə tər çiçəklər qoyublar.

Azərbaycan Respublikasının Sankt-Peterburdakı baş konsulu Sultan Qasımov tədbir iştirakçılarını Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.