MƏDƏNİYYƏT


Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək

Moskva, 7 iyul, AZƏRTAC 

Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək.

Forumun mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, IX Sankt-Peterburq Mədəniyyət Forumu “Sivilizasiyaların mədəniyyəti – mədəniyyətlərin sivilizasiyasıdır” mövzusuna həsr olunacaq. Bu il Azərbaycan və Fransa forumun qonaqları qismində çıxış edəcəklər. Almaniya forumun xüsusi qonağı statusunda olacaq.

Noyabrın 12-14-ü tarixlərində keçiriləcək Forumun mətbuat xidmətində qeyd ediblər ki, sosial qarşılıqlı əlaqələrin adi modellərini ciddi sınaqlara məruz qoymuş pandemiya şəraitində mədəniyyət insanlara mürəkkəb vəziyyətdə gələcəyə əminlik, ümid və dəstək verən təmələ çevrilib. Forumun işində mədəniyyət xadimlərinin, akademik dairələrin və biznes təmsilçilərinin, mədəni siyasət liderlərinin iştirakı gözlənilir.

Tədbirin təşkilatçıları qismində Rusiya hökuməti, Sankt-Peterburq Mədəniyyət Komitəsi və hökuməti çıxış edirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.