DÜNYA


Sankt-Peterburq Milli Tədqiqat Universitetində mərtəbələrarası örtüklər uçub

Moskva, 16 fevral, AZƏRTAC

Sankt-Peterburq Milli Tədqiqat İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetində beşinci-ikinci mərtəbələr arasındakı örtüklər uçub.

AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tikinti işləri zamanı binanın mərtəbələrarası örtükləri uçub, 60 adam təxliyə edilib.

İlkin məlumata görə, dağıntılar altında insanlar qala bilər. Onların sayı, vəziyyəti və hadisə ilə bağlı digər təfərrüat dəqiqləşdirilir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.