CƏMİYYƏT


Sankt-Peterburq azərbaycanlıları “Ölməz alay” ümumxalq yürüşündə iştirak ediblər

Sankt-Peterburq, 10 may, AZƏRTAC

Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri Rusiyanın Şimal paytaxtında “Ölməz alay” ümumxalq yürüşündə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bir milyondan çox Sankt-peterburqlu şəhərin qubernatoru Aleksandr Beqlovın başçılığı ilə “Ölməz alay” ümumxalq yürüşündə iştirak edib. Yürüş iştirakçılarının qarşısında içərisində Böyük Vətən müharibəsi veteranları və mühasirəyə alınmış Leninqradın sakinləri olan retro-avtomobillər hərəkət edib.

Ənənəyə görə, “Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti”

İctimai Təşkilatının nümayəndələri də qurumun sədri Vaqif Məmişovun başçılığı ilə yürüşdə iştirak ediblər.

Milli kostyumlar geyinmiş təqribən 100 azərbaycanlı bu müharibədə döyüşmüş babalarının və ulu babalarının portretlərini, habelə Azərbaycanın və Rusiyanın bayraqlarını daşıyıblar. Yürüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.