SİYASƏT


Sankt-Peterburq ilə əlaqələrin inkişafına dair məsələlər müzakirə olunub

Moskva, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 25-26-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər edib. Səfər çərçivəsində o, qubernator Aleksandr Beqlovla görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın bu il noyabrın 12-14-də Sankt-Peterburqda keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Xatırladaq ki, Azərbaycan builki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

Görüşdə, həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.