MƏDƏNİYYƏT


Sankt-Peterburq şəhərində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilir

Bakı, 12 oktyabr, AZƏRTAC

Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının 33-cü iclası işə başlayıb. İclasda ölkəmizi mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə 2016-2020-ci illər üçün əsas tədbirləri və MDB-də mədəniyyət ilinə həsr olunmuş Tədbirlər Planının icra vəziyyətləri haqqında hesabatların dinlənilməsi, birliyin mədəniyyət paytaxtları dövlətlərarası proqramının icra vəziyyəti, MDB çərçivəsində kinematoqrafiya sahəsində qüvvədə olan beynəlxalq müqavilə və qərarların analizinin nəticələri və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, iclasdan əvvəl Vaqif Əliyevlə MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov arasında görüş keçirilib, MDB iştirakçı dövlətlərinin parlamentləri arasında əməkdaşlıq, nümayəndəliyin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılacaq növbəti addımlar müzakirə olunub.

İclasda Vaqif Əliyev çıxış edərək ölkədə mədəniyyət sahəsində həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib.

İclasa oktyabrın 13-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.