İDMAN


Sankt-Peterburq turnirində Azərbaycan qrossmeysterinin növbəti rəqibi məlum oldu

Bakı, 4 sentyabr, AZƏRTAC 

Sankt-Peterburqda qrossmeyster balı normasında dairəvi turnir davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Rusiya, İran, Özbəkistan, Estoniya və Bolqarıstandan 10 şahmatçı iştirak edir.

Yeddi turdan sonra 5 xal toplamış beynəlxalq dərəcəli usta Şəmsiddin Vohidov (Özbəkistan) hamıdan irəlidədir. Azərbaycan qrossmeysteri Ülvi Bacarani və iranlı Əmirreza Purramezanalı ondan 0,5 xal geri qalır. Rusiyalı Oleq Bıkov və İlya Dujakovun hər birinin aktivində 3,5 xal var.

Səkkizinci turda Ülvi Bacaraninin rəqibi İlya Dujakov olacaq.

Sentyabrın 5-də beynəlxalq turnirin qalibi məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.