CƏMİYYƏT


Sankt-Peterburqda Azərbaycan diasporu Türkiyəyə yardım məqsədilə xeyriyyə gecəsi təşkil edir

Sankt-Peterburqda Azərbaycan diasporu Türkiyəyə yardım məqsədilə xeyriyyə gecəsi təşkil edir

Sankt-Peterburq, 8 fevral, AZƏRTAC

Sankt-Peterburqun Azərbaycan diasporu Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə gecəsi təşkil edir.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi fevralın 9-da Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə gecəsi keçirəcək.

Rusiyanın Şimal paytaxtının, milliyyətindən asılı olmayaraq hər bir sakini təbii fəlakətə məruz qalmış bu ölkələrə çadırlar, qızdırıcılar, isti geyim və sair yardımı göstərə bilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.