DÜNYA


Sankt-Peterburqda Ermənistan vətəndaşı qazaxıstanlı sahibkarı güllə ilə yaralayıb

Moskva, 9 may, AZƏRTAC

Sankt-Peterburqda yerləşən “Kalininskaya” tərəvəz bazasında Ermənistan vətəndaşı qazaxıstanlı sahibkara atəş açıb.

AZƏRTAC xəbər verir ki, mayın 8-də baş vermiş hadisənin üstü bu gün açılıb. Ət daşıyan maşının sürücüsü, 33 yaşlı Ermənistan vətəndaşı ilə 51 yaşlı qazaxıstanlı sahibkar arasında münaqişə yaranıb. Hadisə zamanı erməni sürücü sahibkara travmatik silahdan beş dəfə atəş açıb. Güllələrdən yalnız biri sahibkarı dizindən yaralayıb.

Hadisə yerindən qaçmış sürücü bu gün saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.