CƏMİYYƏT


Sankt-Peterburqda III Avrasiya Qadınlar Forumu keçiriləcək

Moskva, 13 sentyabr, AZƏRTAC

Oktyabrın 13-15-də Sankt-Peterburqda III Avrasiya Qadınlar Forumu təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, III Avrasiya Qadınlar Forumunun “Qadınlar: yeni reallıqda qlobal missiya” adlı əsas mövzusu sabit və təhlükəsiz gələcəyin qurulmasında qadınların roluna həsr ediləcək.

40-a yaxın ölkə və on iri beynəlxalq təşkilat tədbirdə iştirak edəcəklərini artıq təsdiqləyiblər. Bu barədə Rusiya Federasiyanın Federasiya Şurası sədrinin müavini Qalina Karelova məlumat verib.

Forumun əsas tədbirləri artıq təsdiqlənib. Forum çərçivəsində 300-dən çox tədbir - plenar iclas, sessiyalar və dəyirmi masalar, həmçinin regional forumlar, marafonlar, sosial şəbəkələrdə aksiyalar və müsabiqələr keçiriləcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.