SİYASƏT


Sankt-Peterburqda MDB PA-nın komissiya iclası keçiriləcək

Bakı, 5 oktyabr, AZƏRTAC 

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 8-dən 11-dək Rusiya Federasiyasında səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda quruma üzv ölkələrin əmək və miqrasiya kodekslərinin model variantlarının işlənməsi, QİÇS-lə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların sağlamlığının qorunması ilə bağlı problemlər və digər məsələlər müzakirə ediləcək.

Milli Məclisin deputatı iclasda müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.