SİYASƏT


Sankt-Peterburqda Rusiya prezidenti seçkilərinin monitorinqinə dair “dəyirmi masa” keçirilib

Sankt-Peterburq, 21 fevral, AZƏRTAC

Sankt-Peterburqda, Tavriya Sarayında MDB Parlamentlərarası Şurası (PA) Katibliyinin təşkilatçılığı ilə beynəlxalq müşahidəçilər üçün Rusiya prezidenti seçkilərinin monitorinqi məsələlərinə dair “dəyirmi masa” keçirilib.

MDD PA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da MDB PA-dan olan müşahidəçilər qrupunun əlaqələndiricisi, Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, MDB PA-nın müşahidəçilər qrupuna daxil olan beynəlxalq müşahidəçilər, Sankt-Peterburqun, Leninqrad, Novqorod vilayətlərinin və Kareliya Respublikasının seçki komissiyalarının, Sankt-Peterburqun və Leninqrad vilayətinin ictimai palatalarının nümayəndələri, Rusiyadan və xarici ölkələrdən elektoral proseslər sahəsində aparıcı ekspertlər iştirak ediblər.

MDB PA Şurasının baş katibi - MDB PA Şurası Katibliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Sergey Antufyev giriş nitqində bildirib ki, “dəyirmi masa” uzunmüddətli seçki monitorinqi çərçivəsində keçirilir. O, MDB PA-dan olan beynəlxalq müşahidəçilərə kömək göstərilməsində və müşahidənin keyfiyyətinin artırılmasında MDB PA-nın iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) apardığı ekspert işinin əhəmiyyətini vurğulayıb.

MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafət Əsgərov qrupun vəzifələrindən danışaraq, müşahidənin uzunmüddətli və qısamüddətli mərhələlərinin xüsusiyyətləri üzərində ətraflı dayanıb.

MDB PA DİMBİ-nin ekspertlər qrupu rəhbərinin müavini Dmitri Barışnikov uzunmüddətli monitorinqin keçirilməsi zamanı ekspertlər qrupunun fəaliyyətinin mərhələləri barədə ətraflı danışıb. DİMBİ eksperti, Konstitusiya Məhkəməsinin müşaviri Aleksey Kartsov “dəyirmi masa” iştirakçılarını Rusiya prezidenti seçkilərinin hüquqi yolla nizamlanmasının hüquqi ekspertizası ilə tanış edib.

MDB PA-dan olan müşahidəçilər qrupunun üzvləri uzunmüddətli monitorinq çərçivəsində Rusiyanın Mərkəzi, Sibir və Cənub federal dairələrinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

“Dəyirmi masa”nın işi MDB PA DİMBİ-nin eksperti, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenkonun “Birlik dövlətlərində seçki prosesləri” seriyasından “Prezident hakimiyyəti təsisatı” monoqrafiyasının təqdimatı ilə başa çatıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.