MƏDƏNİYYƏT


Sankt-Peterburqda blokada dövrünə dair film çəkiləcək

Bakı, 22 yanvar, AZƏRTAC

Sankt-Peterburqda şəhərin İkinci Dünya müharibəsi dövründə S.M.Kirov adına Opera və Balet Teatrı (1935-1992-ci illərdə Mariya Teatrı belə adlanırdı) artistlərinin həyatı haqqında film çəkiləcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, filmin rejissoru Svetlana Nikolayenko ekran əsərinin çəkilişlərinin bu ilin sonunadək başa çatdırılmasının planlaşdırıldığını bildirib.

O deyib: “Əgər maliyyə ilə bağlı məsələlər qaydasında olarsa, filmin bu ilin payızında buraxılışı nəzərdə tutulur. Yaradıcı komandanın 2016-cı ildən ssenarisi üzərində işlədiyi film “Leninqrad süitası” adlanacaq. Film özündə bir neçə janrı birləşdirəcək. Filmdə bədii istiqamətlə yanaşı, sənədli istiqamət də yer alacaq. Leninqrad blokadasının şahidləri, bu hadisələri öz gözləri ilə görən insanlarla müsahibələri də filmdə nümayiş etdiriləcək”.

Rejissor, həmçinin kinolentin çəkilişlərinin Sankt-Peterburq və Vıborqda reallaşacağını bildirib. “Bizim filmdə gənc sankt-peterburqlu aktyorlar yer alacaq. Bu, Peterburq teatrlarından olan insanlardır. Əlbəttə ki, müvəffəqiyyətə nail olmaq üçün biz çoxlu məşq edirik. Filmə ssenarini gənc müəllif Yeqor Şilov yazıb”, - deyə o bildirib.

S.Nikolayenko qeyd edib ki, müəlliflər layihənin həyata keçməsi üçün hazırda kraudfandinq (xalq maliyyələşməsi) platforması əsasında vəsait toplayırlar: “İnsanlar bu ideyanı çox bəyəniblər və bizi daha çox dəstəkləyirlər. Kinematoqrafçılar ümidvardırlar ki, bu ekran əsəri müntəzəm olaraq gənc rejissorların müstəqil filmlərini nümayiş etdirən Sankt-Peterburq və Moskva kinoteatrlarında göstəriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.