İQTİSADİYYAT
Sankt-Peterburqda neft-kimya və neft emalı üzrə Rusiya və MDB konqresi keçiriləcək
Bakı, 12 aprel, AZƏRTAC
Sentyabrın 30-dan oktyabrın 1-dək Sankt-Peterburq şəhərində neft-kimya və neft emalı üzrə Rusiya və MDB konqresi (PRC Russia & CIS) keçiriləcək.
Konqresin media tərəfdaşı olan AZƏRTAC bu barədə tədbirin təşkilatçısı “BGS Group”un mətbuat üçün açıqlamasına istinadla xəbər verir.
Mətbuat üçün açıqlamada deyilir: “Konqres daunstrim bazarının bütün iştirakçılarının – Rusiyanın, MDB və Avropa ölkələrinin VİNK, NPZ, NXK, EPS lisenziarlarının, baş podratçıların, layihə institutlarının və dövlət strukturlarının görüş yeridir. Onların arasında ənənəvi olaraq “LukOil“, “Qazpromneft”, “Sibur” şirkətlərinin müxtəlif bölmələri, Rusiya və Qazaxıstanın energetika nazirlikləri, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və digərləri var”.
Konqresin işgüzar proqramına ikisi plenar olmaqla, on sessiya daxildir. Əsas mövzular “Karbon qazı vergisi və idxala məhdudiyyət: proqnozlar”, “İdxalın əvəzedilməsi: son istifadəçilərin praktik keysləri”, “Neftin dərin emalında yerli texnologiyalar”, “Motor yanacağında bərpaolunan komponentlərin AİƏ tərəfindən qəbul olunmuş tələblərə uyğun olaraq perspektiv dəyişilməsi”, “İstilik qazları tullantılarının karbon qazı bazarı tendensiyasına uyğun tənzimlənməsi”dir. Proqramın tam mətnini əldə etmək üçün bu formanı doldurun:
Konqresdə əsas diqqət Avropa və Rusiya şirkətlərinin böyük maraq göstərdiyi MDB ölkələrinin bazarına yönəldiləcək. Bu regionun təmsilçiləri – “Özbəkneftqaz” SC, “KazMunayQaz” SC, “Birləşmiş kimya təşkilatı”, “Qırğızneftqaz” ASC dövlət strukturları ilə birlikdə tədbirin birinci və ikinci günlərində keçiriləcək sessiyalarda öz məruzələrini təqdim edəcəklər.
Tədbirin ikinci günündə keçiriləcək plenar sessiya MDB bazarının tendensiyalarının icmalına və gələcək inkişaf istiqamətlərinin müzakirəsinə həsr olunacaq.
Konqresin təşkilatçısı olan “BGS Group” Avropa və Rusiyada qapalı konqreslər təşkil edən tanınmış şirkətdir. Onların arasında neftin və təbii qazın nəqli, saxlanması və treydinqi üzrə, neft-qaz sektorunun avtomatlaşması və rəqəmsallaşmasına dair konqreslər, Beynəlxalq STQ Konqresi və s. var.