İQTİSADİYYAT


Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

Bakı, 18 fevral, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının XXI iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi nazir müavini Elmir Vəlizadə təmsil edib.

İclasda Ekspertlər Şurasının tərkibi, rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları, MDB ölkələrində cəmiyyətin rəqəmli inkişafının hüquqi bazası, rəqəmli eyniləşdirmə və sair məsələlər müzakirə olunub.

“Rəqəmli inkişaf”, “İKT sahəsində pozuntuların qarşısının alınması” haqqında və sahə üzrə digər bir sıra model qanun layihələrinə baxılıb və təsdiq edilib. İclasda Ekspertlər Şurasının yeni tərkibi də təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.