MƏDƏNİYYƏT


Sankt-Peterburqda təqdimat - “Nizami Gəncəvi 880”

Bakı, 5 dekabr, AZƏRTAC

Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi 880” (Низами Гянджеви 880) adlı kitab nəşr olunub.

AZƏRTAC xəbər verir ki, elmi məqalələr toplusunun tərtibatçısı və “Ön söz” müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Şahnaz Kamalovadır. Nəşrin elmi redaktorları AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmlər namizədi Əzizağa Nəcəfzadə və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Darya Jiquliskayadır. Kitabın elmi məsləhətçiləri Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmlər doktoru, professor Vilayət Quliyev və BDU-nun müəllimi, filologiya elmlər doktoru, professor Vaqif Sultanlıdır.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunmuş kitabda Azərbaycan, Rusiya, Türkiyə və Almaniyadan olan on doqquz alimin elmi məqaləsi toplanıb.

Sankt-Peterburqda yerləşən V. V. Mayakovskiy adına mərkəzi şəhər kitabxanasında “Nizami Gəncəvi 880” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatı giriş sözü ilə kitabxananın nəzdində yerləşən Şərq mədəniyyəti mərkəzinin direktoru Mariya Zuyeva açaraq mərkəzdə Azərbaycan dilində olan kitablar haqqında məlumat verib.

Tədbirdə kitabın tərtibatçısı və “Ön söz” müəllifi, Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi Şahnaz Kamalova, Azərbaycan Respublikasının Sankt-Peterburqda yerləşən Konsulluğunun mədəniyyət məsələsi üzrə konsulu Rəhim Rəhimzadə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, kitabda yer alan məqalələrdən ikisinin müəllifi Vəfa Hacıyeva, Sankt-Peterburqda yerləşən “Çinar” milli-mədəni mərkəzinin rəhbəri Xeyransa Mirzəyeva, “Naxçıvan” cəmiyyətində təhsil bölməsinin rəhbəri Həsən Məsimov, Azərbaycan diasporunun üzvlərindən Ülviyyə Abbasova, Fizuli Cavadov, Rasim Əliyev, Aydın Əbilov və digər qonaqlar çıxış ediblər.

Görüşə telekörpü vasitəsilə bəzi müəlliflər də qoşulub.

Digər qonaqlar da söz alaraq Nizami Gəncəvi irsindən danışıb, şeirlər söyləyiblər.

Tədbirdə “Çinar” ansamblının solistləri Cavid Abbasov, Cahan Məmmədova və Fidan İsmayılova milli rəqs nömrələri ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.