MƏDƏNİYYƏT


“Şanlı Azərbaycan Ordusu” adlı virtual rəsm müsabiqəsinə yekun vurulub

Bakı, 25 iyun, AZƏRTAC

Gənclərə vətənpərvərlik hissini aşılamaq və inkişaf etdirmək, onların estetik zövqünü formalaşdırmaq, uşaq və gənclərin mədəniyyət sahəsinə olan marağını artırmaq, rəssamlıq sənətini təbliğ etmək və kütləviləşdirmək, yeni istedadların üzə çıxarılmasına dəstək vermək məqsədilə Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan “Şanlı Azərbaycan Ordusu” adlı virtual rəsm müsabiqəsinə yekun vurulub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə idarənin əhatə etdiyi rayonlardan, eləcə də Bakı, Gəncə, Şəki, Ağdaşdan olan iştirakçılar qatılıb. Mədəniyyət işçilərindən təşkil olunmuş münsiflər heyəti müsabiqəyə təqdim edilən 137 rəsm işinə baxıb.

Münsiflər heyətinin qərarı ilə iştirakçı Fidan Abidovanın əl işi qalib elan olunub. Bundan əlavə, 6 müsabiqə iştirakçısı idarənin fəxri fərmanı ilə təltif olunub.

Sənətsevərlərin böyük marağını nəzərə alaraq, gələcəkdə də belə müsabiqələrin keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.