REGİONLAR


Şanlı Qələbənin qazanılmasına Vətən müharibəsi iştirakçısı olmuş müəllimlər də öz töhfələrini veriblər

Şəki, 27 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Silahlı Qüvvələr Günü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərlə görüş keçirilib. Görüşdə regional idarənin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin rəhbər şəxsləri, müharibə iştirakçıları, qazilər iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, əsgər və zabitlərimizin misilsiz rəşadətindən, əzmkarlığından, xalqımızın mübarizliyindən söz açıb, bu tarixi Zəfərin Prezident-Xalq-Ordu birliyi sayəsində əldə olunduğunu vurğulayıb. İdarə müdiri ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Vətən oğullarının göstərdikləri qəhrəmanlığın hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Vətən müharibəsi iştirakçısı olmuş müəllimlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.