REGİONLAR


Şanlı Qələbənin sevinci: Şamaxılılar qələbə xəbərini böyük coşqu ilə qarşılayıblar VİDEO

Şamaxı, 10 noyabr, AZƏRTAC

Şamaxı sakinləri tarixi qələbəni, bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciətini böyük sevinclə qarşılayıblar.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, ölkə başçısının qələbə münasibətilə xalqa müraciətindən sonra insanlar kütləvi sürətdə əllərində bayraq, dillərində qürurverici şüarla küçələrə çıxıblar. Şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən izdiham mərkəzi küçələrdən keçərək “Silahlı Qüvvələrimizə eşq olsun!”, “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər. Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilən çoxsaylı avtomobil karvanı da küçələrdən keçərək hər kəsdə qələbə sevincinə bir coşqu qatırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.