REGİONLAR
Şanlı Qələbənin sevinci: Şəmkirlilər tarixi zəfəri qeyd edirlər FOTO
Şəmkir, 10 noyabr, M.Əlioğlu, foto A.Məmmədov, AZƏRTAC
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini bölüşürlər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin xəbərini verməsi ölkəmizin digər rayonlarında olduğu kimi, Şəmkirdə də sevinc və qürur hissi ilə qeyd edilir.
Ali Baş Komandanın müraciətindən sonra şəmkirlilər bu tarixi günün sevincini birlikdə bölüşmək üçün küçələrə çıxıblar. Əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, Qarabağ şüarları səsləndirən şəmkirlilər böyük coşqu ilə şəhərin küçələrində qələbə yürüşünə qoşulublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]