REGİONLAR
Şanlı Qələbənin sevinci: Xaçmazlıların zəfər bayramından FOTOREPORTAJ
Xaçmaz, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbə xəbərini verməsindən sonra xaçmazlılar da zəfər bayramını qeyd etməyə başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüzlərlə rayon sakini Xaçmaz şəhərinin küçələrində Ordumuzu, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən şüarlar səsləndirib, bayraqlarla bəzənmiş avtomobillərlə yürüş ediblər.
Daha sonra şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gələn rayon sakinləri bir-birini Böyük Qələbə münasibətilə təbrik edib, sevinclərini bölüşüblər.
AZƏRTAC xaçmazlıların qələbə sevincini əks etdirən fotoreportajı təqdim edir.