REGİONLAR


Şanlı Qələbənin sevinci: Zaqatalalılar Zəfər gününü qeyd edirlər

Zaqatala, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqımıza ərməğan etdiyi Şanlı Qələbə xəbəri Zaqatala sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində erməni işğalçıları üzərində Şanlı Qələbəmiz münasibətilə Ali Baş Komandanın xalqımıza verdiyi zəfər xəbərindən sonra zaqatalalılar gecə saatlarından etibarən küçələrə çıxaraq, bu əlamətdar tarixi hadisəni böyük sevinclə qeyd ediblər.

Noyabrın 10-da gündüz Zaqatala şəhərinin Bayraq meydanında izdihamlı bayram şənliyi keçirilib. Şənlik əllərində üçrəngli Azərbaycan bayrağı tutan atlıların Zaqatala küçələrində yürüşü ilə başlanıb. Bayraq meydanında keçirilən tədbirdə iştirak edən zaqatalalılar Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ müharibəsində qazandığı tarixi qələbədən qürur hissi keçirdiklərini bildiriblər.

Bayram şənliyi gənclərin ifasında mahnı və şux rəqslərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.