MƏDƏNİYYƏT


“Şanlı Vətən” tamaşası səhnələşdirilib

Bakı, 1 noyabr, AZƏRTAC

Bakı Bələdiyyə Teatrında ideya müəllifi Xalq artisti Amaliya Pənahovaya aid olan “Şanlı Vətən” tamaşası səhnələşdirilib.

AZƏRTAC xəbər verir ki, epik janrda qələmə alınmış əsərin müəllifi Çingiz Ələsgərlidir. Səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Əsərdə Əhməd Cavad və Şükriyyə xanımın nakam məhəbbətindən və cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən xaincəsinə devrilməsindən, üçrəngli bayrağımızın qadağan edilməsindən, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə qadağan olunmuş üçrəngli bayrağımızın əvvəl Naxçıvanda, sonra isə Azərbaycanda dalğalanmasından, Ümummilli Liderin gördüyü işlərdən və hazırda İlham Əliyev tərəfindən ölkəmizin inkişafı naminə aparılan uğurlu siyasətdən bəhs olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.