DÜNYA


Şanlıurfada Ədalət və İnkişaf Partiyasının üzvlərinə silahlı hücum olub

Bakı, 14 iyun, AZƏRTAC

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücum olub.

AZƏRTAC xəbər verir ki, silahlı insident nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Türkiyəli deputat hadisə nəticəsində xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.