CƏMİYYƏT


“Sanofi” əczaçılıq nəhəngi Amerikanın “Synthorx” biotexnologiya firmasını alacaq

Vaşinqton, 10 dekabr, AZƏRTAC

Fransanın əczaçılıq nəhəngi sayılan “Sanofi SA” şirkətinin rəhbərliyi Kaliforniyadakı “Synthorx” biotexnologiya firmasını 2,5 milyard dollara almağa hazırlaşdığını elan edib.

AZƏRTAC xəbər verir ki, “Sanofi SA” şirkəti “Synthorx” firmasının dövriyyədə olan səhmlərinin hərəsinin müqabilində 68 dollar ödəməklə həmin səhmlərin hamısını öz nəzarəti altına almağa hazırlaşır.

“Sanofi”nin baş direktoru Pol Hadson deyib: “Bu əqd bizim yüksək keyfiyyətli aktivlər portfeli yaratmaq və innovasiyaları inkişaf etdirmək strategiyamıza tam müvafiqdir”.

Klinik stadiyada işləyən “Synthorx” biotexnologiya şirkəti xərçəng xəstəliyinə tutulmuş və autoimmun pozuntulardan əziyyət çəkən pasiyentlərin ömrünü uzatmaqla məşğuldur. Bu şirkətin THOR-707 adlı məhsulu immunoonkologiya üçün preparat sayılmağa əsas namizəddir. Ondan bədxassəli şişlərin müalicəsi üçün kiçik dozada istifadə edilə bilər.

2018-ci ildə “Sanofi” şirkətinin gəliri 42 milyard dollar olub. Hazırda şirkətin bütün dünyadakı filiallarında çalışan ştatlı işçilərin sayı 100.000 nəfərdən çoxdur. Vaksinlər bazarının iri iştirakçısı olan “Sanofi” diabet, xərçəng, qan xəstəlikləri, astma və dermatitin müalicəsi ilə məşğuldur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.