MƏDƏNİYYƏT


Santander və Qranada şəhərləri İspaniyada ən yaxşı turizm məkanları elan edilib

Madrid, 13 aprel, AZƏRTAC

İspaniyanın Santander və Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb.

AZƏRTAC İspaniyanın İstehsalçılar və İstehlakçılar Təşkilatının məlumatına istinadla xəbər verir ki, 100 ballıq cədvəl üzrə Santander 87 bal, Qranada isə 85 bal toplayıb.

Reytinqin lideri olan Santander turistləri özünün təhlükəsizliyi, yerli sakinlərin dostcasına münasibəti və qastronomiyası ilə yaxşı mənada heyrətləndirib. Eyni zamanda, turistlər buradakı qiymətlərin yüksək olmasından gileyləniblər.

Barselona və Madrid hərəyə 80 bal toplayıb. Bu şəhərlərdə turistləri daha çox nəqliyyat infrastrukturu, əyləncə və alış-veriş cəlb edib. Yeri gəlmişkən, bu meyarlara görə, yüksək ballar alan şəhərlər sırasında Bilbao, Sevilya və Valensiya da var.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.