DÜNYA
Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qırğızıstana keçib
Pekin, 10 iyun, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik rotasiya qaydasında Çindən Qırğızıstana keçib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan iyunun 9-10-da ŞƏT-in Çindao şəhərində keçirilən 18-ci zirvə görüşündən sonra təşkilata bir il müddətinə sədrlik edəcək. ŞƏT-in növbəti zirvə görüşü də 2019-cu ildə Qırğızıstanda keçiriləcək.
Qeyd edək ki, 2001-ci ildə yaradılan təşkilata hazırda 8 dövlət – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistan üzvdür.
Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]