DÜNYA


Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Tacikistana keçib

Düşənbə, 17 yanvar, AZƏRTAC

2020-2021-ci illərdə Tacikistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etməsi ilə bağlı Xarici İşlər Nazirliyində brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə nazirliyin MDB ölkələri idarəsinin rəisi, Tacikistanın ŞƏT üzrə milli əlaqələndiricisi vəzifələrini icra edən Axmad Saidmuradzoda və nazirliyin Şanxay Əməkdaşlıq Təşkilatı idarəsinin rəisi Şuxrat Sabirzoda görüləcək işlər haqqında məlumat veriblər.

Bildirilib ki, Tacikistanın bu təşkilata sədrliyi “ŞƏT 20 il: Sabitlik və inkişaf naminə əməkdaşlıq” devizi altında olacaq. Bu dövrdə regionda təhlükəsizliyin və sabitliyin qorunması, üzv ölkələr arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi ön plana çəkiləcək.

Qeyd olunub ki, Tacikistanın ŞƏT-ə sədrliyi dövründə 100-dən artıq müxtəlif tədbirin keçirilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, bu il sentyabr ayının 16-17-də Düşənbədə ŞƏT Dövlət başçıları Şurasının iclasının keçirilməsi də planlaşdırılır.

Xatırladırıq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.