RƏSMİ SƏNƏDLƏR


Şanxay Əməkdaşlıq Təşkilatının Baş Katibi Vladimir Norovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz böyük siyasi təcrübənizdən və peşəkarlığınızdan istifadə edərək Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yüksək nəticələrə nail olmaq üçün qətiyyətli və ardıcıl səylər göstərirsiniz.

Azərbaycanın inkişafının təmin edilməsinə, beynəlxalq arenada respublikanın nüfuzunun möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə yönəlmiş fədakar əməyiniz ölkənizdə və onun hüdudlarından kənarda Zati-alinizə layiqli hörmət qazandırıb.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan ictimai həyatın bütün sahələrinin dinamik təkmilləşdirilməsini və dünyada fəal siyasətin həyata keçirilməsini davam etdirəcək.

Şanxay Əməkdaşlıq Təşkilatının inkişaf məsələlərinə və geniş Avrasiya məkanında mövqelərinin möhkəmlənməsinə daimi diqqətinizə görə Sizə səmimi qəlbdən minnətdarıq.

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə məsul dövləti fəaliyyətinizdə yeni böyük nailiyyətlər arzulayım.

Hörmətlə,

 

Vladimir Norov

Şanxay Əməkdaşlıq Təşkilatının Baş Katibi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin