Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə yeni nailiyyətlərə əsaslanaraq inamla irəliləyir, sabitliyi möhkəmlədir, xalqın rifahını yüksəldir. Respublikanın beynəlxalq və regional arenalarda nüfuzu durmadan artır.

Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərlə “Odlar Yurdu” arasında çoxəsrlik tarixi əlaqələr, dövlətinizin zəngin mədəni irsi, coğrafi mövqeyi və böyük nəqliyyat-tranzit potensialı onu Şanxay Əməkdaşlıq Təşkilatının təbii tərəfdaşına çevirir.

Əminəm ki, bizim təşkilatın fəaliyyətində Bakının fəal iştirakı sülhü və təhlükəsizliyi möhkəmlətməyə, müasir çağırışlara və təhdidlərə qarşı mübarizəni dərinləşdirməyə, qarşılıqlı iqtisadi və humanitar əlaqələri genişləndirməyə imkan verəcək.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, dost Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və tərəqqi arzularımı bildirim.

Dərin hörmətlə,

 

Vladimir Norov

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin