Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib VİDEO

Pekin, 12 may, AZƏRTAC

Mayın 11-də Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin dövlət qurumlarının rəsmiləri, 30-a yaxın ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Mədəniyyət günü Azərbaycanın ŞƏT çərçivəsində keçirdiyi ilk tədbir olub.

Qonaqlar ŞƏT-in mənzil qərargahının həyətində Azərbaycanın mədəniyyətini, tarixi və mədəni abidələrini, müasir memarlıq incilərini əks etdirən fotokompozisiyalardan ibarət, habelə Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair stendlərlə tanış olublar.

Tədbir çərçivəsində təşkilatın binasında “Azərbaycan mirvarisi” adlı sərgidə Azərbaycanın müxtəlif bölgələrinə aid xalçalar, milli musiqi alətləri, misgərlik sənəti nümunələri, milli geyimlərimiz, gənc rəssam Fidan Kimin Azərbaycan və Çin ornamentlərini özündə əks etdirən əsərləri nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları xalqımızın xalça toxuma və şəbəkə sənəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, o cümlədən musiqisinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, mətbəxinə aid müxtəlif nəşrləri paylanılıb.

Tədbirin aparıcıları ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyiblər. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyətini təqdim etmək üçün “ŞƏT bizim birgə evimizdir” layihəsi üzrə keçirilən silsilə tədbirlər çərçivəsində bu dəfə istisna olaraq ŞƏT-ə üzv olmayan, lakin təşkilatın “Dialoq üzrə tərəfdaşı” statusuna malik Azərbaycanın mədəniyyət günü keçirilir. Bu, Azərbaycanın ŞƏT ilə əməkdaşlığa verdiyi əhəmiyyətin və özünü bu ailənin bir üzvü olaraq görməyinin ən bariz göstəricisidir.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin ŞƏT-də təmsil olunan ölkələrin mədəni əlaqələrinin dərinləşməsi, dövlətlər arasında ənənəvi dostluğun və əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyib. R.Əlimov bu gün qəlbləri oxşayan musiqi, alovlu rəqs, lirik poeziya vasitəsilə əfsanələr yurdu, zəngin və bərəkətli Azərbaycanın qədim, rəngarəng və fərqli mədəniyyəti ilə tanış olmaq imkanı yarandığını deyib.

ŞƏT-in baş katibi ötən ay Azərbaycanda prezident seçkilərinin keçirildiyini xatırladıb, yenidən dövlət başçısı seçilən İlham Əliyevin ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri və əməkdaşlığı gücləndirməyə sadiqliyini bəyan etdiyini, hazırkı tədbirin bunun bariz göstəricisi olduğunu deyib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı tədbirin Azərbaycan üçün əlamətdar bir vaxtda - müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə təsadüf etdiyini bildirib.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycanın fəal xarici siyasət yürütdüyünü diqqətə çatdıran səfir ölkəmizin öz nüfuzu ilə seçilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, qurumun işinə daha çox töhfə verə bilmək məqsədilə təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğunu vurğulayıb.

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisində baş katib Rəşid Əlimovun rəhbərlik etdiyi ŞƏT nümayəndə heyətinin müşahidəçilik missiyasını uğurla yerinə yetirdiyini diqqətə çatdıran Ə.Zeynallı missiyanın fəaliyyətinin və yekun bəyanatının Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Səfir Ə.Zeynallı Heydər Əliyev Fondunun tədbirin ərsəyə gəlməsində göstərdiyi böyük dəstəyi vurğulayaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təqdim və təbliğ olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, açıq və tolerant mühiti ilə seçilən Azərbaycan, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlığın, eyni zamanda, siyasi müzakirələrin aparıldığı, mədəni və dini liderlərin bir araya toplaşdığı qlobal mərkəz olaraq tanınır. Ölkəmizin paytaxtı Bakı isə dünya şöhrətli layihələrə yüksək səviyyədə ev sahibliyi etməyi bacarır. 2012-ci il “Eurovision” mahnı müsabiqəsi, 2015-ci il ilk Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2016-cı ildən başlayaraq Formula 1 Qran-Prisi kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmiş Bakı, 2025-ci ildə Ümumdünya Sərgisinin keçirilməsi üçün namizəd şəhərdir.

Çıxışlardan sonra Azərbaycana aid videoçarx nümayiş olunub.

Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. “Mirvari” rəqs ansamblının ifasında rəqslərimiz təqdim olunub. Solist Ülkər Əliyeva, Tarzən Şərhiyar İmanov və onun qrupunun ifasında mahnı və etno-caz kompozisiyaları tamaşaçıların marağına səbəb olub. Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova muğam dəsgahlarını ifa ediblər.

Əsrlərboyu müxtəlif dinlərin və mədəniyyətlərin təmas və ünsiyyət qovşağı rolunu oynayan Azərbaycan özünün mədəniyyəti, incəsənəti, musiqisi, ədəbiyyatı, sənətkarlığı ilə həmişə diqqəti cəlb edib. Azərbaycan tarixən Qərb və Şərq, Şimal və Cənub arasında mədəni körpü rolunu oynayıb və bu gün də oynamaqdadır. Uzun illər Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar. Etnik və dini müxtəliflik və multikulturalizm Azərbaycanda sadəcə dövlət siyasəti deyil, eyni zamanda, həyat tərzidir. Heydər Əliyev Fondu öz növbəsində Azərbaycan mədəniyyətinin, multikulturalizm dəyərlərinin inkişafı, onun xaricdə tanıdılması istiqamətində böyük işlər görür. Müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin, sərgilərin, təqdimatların təşkili, ölkəmizə aid nəşrlərin xarici dillərə tərcümə olunaraq nəşri, Bakıda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi xalqımızın zəngin mədəni irsinin təbliğində əhəmiyyətli rol oynayır.

Azərbaycan musiqisinin valehedici təsirinə düşən qonaqlar rəqqaslarımızla birgə “Yallı” gediblər.

Konsert proqramı boyunca səhnədə böyük ekranda Azərbaycana, onun tarixinə, görməli yerlərinə, müasir inkişafına, mədəniyyətinə, memarlığına, Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərə, Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində keçirdiyi tədbirlərə, Azərbaycanın tolerant və multikultural dəyərlərinə aid videoçarxlar təqdim olunub.

Azərbaycan mədəniyyət günü milli mətbəximizin təamları olan dolma, kabab, plov, kükü, paxlava, şəkərburanın təqdim olunduğu ziyafətlə başa çatıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Ötən il Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan dünya əhalisinin təxminən yarısını, dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dördə birini, Avrasiya ərazisinin 80 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz təşkilatda “Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunur.

Qeyd edək ki, Azərbaycan mədəniyyəti günü Çinin kütləvi informasiya vasitələrinin diqqətində olub. Çin Mərkəzi Televiziyası (CCTV) tədbir barədə 1 saatlıq geniş reportaj hazırlayıb. Bundan başqa, informasiya agentlikləri, nüfuzlu qəzetlər məqalələr və xəbərlər təqdim ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib