MƏDƏNİYYƏT


“Şanxay beynəlxalq film festivalı”nın münsif heyətinin rəhbəri məlum olub

Bakı,16 aprel, AZƏRTAC

İyunun 15-dən 24-dək reallaşacaq “Şanxay beynəlxalq film festivalı”nın münsif heyətinə türkiyəli tanınmış rejissor Nuri Bilgə Ceylan rəhbərlik edəcək.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Bir zamanlar Anadoluda”, “Üç meymun”, “Uzaq”, “İqlimlər” və digər məşhur filmlərin mükafatlı rejissoru Ceylan, festivalda "Golden Goblet” mükafatına layiq olanları müəyyənləşdirəcək münsif heyətinə başçılıq edəcək.

Xatırladaq ki, 1993-cü ildən keçirilən film festivalının münsif heyətində bu günə qədər tanınmış rejissorlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.