İQTİSADİYYAT


Şanxayda Azərbaycan şərabçılığına dair master-klas keçirilib

Şanxay, 17 may, AZƏRTAC

Çin Xalq Respublikasına növbəti ixrac missiyası çərçivəsində Şanxayda Azərbaycan şərabçılığına dair master-klas keçirilib.

AZƏRTAC xəbər verir ki, cari ilin fevralında Pekində ölkəmizin Çindəki ticarət nümayəndəliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Çinin Milli Qida və Fermentasiya İnstitutu arasında imzalanan anlaşma memorandumuna əsasən, Azərbaycan şərabçılığının təşviqatı mərkəzi yaradılıb. Həmin mərkəzin təşkil etdiyi master-klasda Çinin şərabçılıq sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak edib.

Çinin Milli Qida və Fermentasiya İnstitutunun tanınmış ekspertləri master-klas zamanı Azərbaycan şərablarının dad və keyfiyyət baxımından üstünlükləri barədə danışıb, orqanik meyvələrdən, yüksək texnologiya əsasında hazırlandığını diqqətə çatdırıblar.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın şərabçılıq tarixindən, ənənələrindən danışıb. Bildirib ki, Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab və spirtli içkilər dəfələrlə beynəlxalq müsabiqələrin mükafatçısı olub.

Tədbirdə Çin dilində Azərbaycan şərabçılığına dair internet səhifəsinin təqdimatı olub. Bundan başqa, Azərbaycan şərablarının dequstasiyası keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.