DÜNYA
Şanxayda İsaak Stern adına ilk skripka müsabiqəsi təşkil edilib
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 16-dan sentyabrın 2-dək Şanxayda İsaak Stern adına ilk skripka müsabiqəsi keçiriləcək. Hazırlıq işləri iki ilə yaxın davam edən müsabiqəyə 11 ölkədən 36 gənc skripkaçı qatılacaq.
Müsabiqənin münsiflər heyətinə Devid Stern, Zahar Bron, Martin Enqstrem, Yo-Ypo Ma, Daniel Heyfets, Boris Kuşnir, Maksim Vengerov kimi görkəmli musiqiçilər daxil edilib.
Müsabiqənin şərtlərinə görə, hər bir iştirakçı Çin bəstəkarları Xi Janxao və Çen Qanqın "Aşiq olmuş kəpənəklər" konsertini ifa edəcəklər. Konserti ən yaxşı ifa edən namizəd müsabiqənin baş sponsoru tərəfindən xüsusi CPIC Award mükafatına layiq görüləcək.
Müsabiqə proqramının mütləq tələbləri sırasında Motsartın 3-cü konserti, skripka və fortepiano üçün sonata, Şubert və Bramsın istənilən fortepiano triosunun ilk hissəsi daxildir.
Müsabiqənin mükafat fondu 200 min dollardır.