ELM VƏ TƏHSİL


Şanxayda keçiriləcək beynəlxalq yarışlarda iştirak üçün aşpazlıq üzrə milli müsabiqəyə start verilib

Bakı, 22 oktyabr, AZƏRTAC

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqəyə start verilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, beş mərhələdən ibarət olan müsabiqəyə qeydiyyat 17 - 22 yaş arası gənclər üçün açıqdır. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra namizədlər arasından seçilmiş iştirakçıların aşpazlıq üzrə nəzəri və praktiki bilikləri beynəlxalq aşpazlar tərəfindən qiymətləndiriləcək. Daha sonra ən yaxşı nəticə göstərən 5 iştirakçı “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzində ödənişsiz əsaslarla peşəkar aşpaz mütəxəssislərin hazırladığı təlim-təcrübə proqramına cəlb olunacaq.

Müsabiqənin sonunda qalib şəxs “CÀSÀ” tərəfindən “Diplom proqramları” üçün təqaüd əldə edəcək və növbəti ilin 12-17 oktyabr tarixlərində Azərbaycanı Şanxayda keçiriləcək “WorldSkills” bacarıq yarışlarında təmsil etmək hüququ qazanacaq.

Müraciətlər 2021-ci il noyabrın 5-dək qəbul edilir. İştirakçılar nazirliyin saytındakı keçid linki vasitəsilə qeydiyyatdan keçə və seçim mərhələsinin şərtləri ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.