CƏMİYYƏT


“Sapiens 18-beyin idarəsi və insan davranışları” mövzusunda seminar keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) “Sapiens 18-beyin idarəsi və insan davranışları” mövzusunda seminar keçirilib. Tədbir ATU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 250 nəfərin iştirak etdiyi seminar ABŞ-ın Linkoln Universitetinin məzunu Orxan Şahbazın təqdimatında aparılıb. Tədbirdə insanın cəmiyyətdə özünü düzgün idarə etməsi, insan beyninin davranışlara təsirindən danışılıb. Müzakirələrlə keçən seminarda tələbələr arasında psixoloji test keçirilib.

Qeyd edək ki, ATU Tələbə Gənclər Təşkilatı bundan öncə də bu tipli seminar və layihələr həyata keçirib. Növbəti layihələr haqqında daha ətraflı məlumat almaq istəyən tələbələrin ATU-nun Tələbə Gənclər Təşkilatına üzv olması mütləqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.