CƏMİYYƏT


Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb

Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb

Xırdalan, 27 mart, AZƏRTAC

Abşeron rayonun Saray qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Martın 27-də axşam saatlarında “Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub. Hadisə zamanı üç nəfər: 2018-ci il təvəllüdlü Hüseynli Zəminə, 2007-ci il təvəllüdlü Məryəm Allahverdiyeva və 1974-cü il təvəllüdlü Afət adlı şəxs dünyasını dəyişib. Qəza zamanı xəsarət almış bir ailənin 4 üzvü

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxananın baş həkimi Rauf Sadıqov AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində müxtəlif bədən travmaları alan 2019-cu ildə anadan olmuş Mehdi Hüseynli, 2016-cı ildə anadan olmuş Hüseyn Hüseynli, 1984-cü ildə anadan olmuş Nərminə Hüseynova və 1989-cu ildə anadan olmuş Nurəngiz Hüseynliyə müvafiq tibbi yardım göstərilib. Sonra pasiyentlərin öz xahişi ilə onlar özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.