CƏMİYYƏT
Saray qəsəbəsində baş verən yanğın zamanı bir nəfər xəsarət alıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Abşeron rayonunun Saray qəsəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ümumi sahəsi 600 kvadratmetr olan sex kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Nəticədə tikilinin dam örtüyü 80 kvadratmetr sahədə, içərisində həcmi 5 kubmetr olan qırla dolu çəllək və 25 büküm ruberoid yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.